Fazil Məmmədov federasiya rəsmisini işdən çıxardı, yenisini gətirdi

Fazil Məmmədov federasiya rəsmisini işdən çıxardı, yenisini gətirdi
Digər, Güləş
13 Yanvar 2018 - 10:02
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Ələkbərov tutduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Umudova həvalə olunub.
Məlumat üçün bildirək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. İdmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

Digər xəbərlər