“Erməni klubları “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşə bilməz”

“Erməni klubları “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşə bilməz”
Futbol
13 Yanvar 2018 - 09:22
Supersport.Az-ın məlumatına görə, Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu haqda fikir bildirib.

Azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevdiyini deyən Ayrapetyan, mətbuat konfransında etiraf edib ki, yaxın illərdə erməni klublarının Azərbaycan çempionu "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşə bilməyəcək:

"Çempionlar Liqasının qrupunda oynamaq üçün külli miqdarda pul lazımdır ki, bu da bizdə yoxdur".

"Nəyə görə Azərbaycan klubu "Qarabağ" Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox" sualına isə o, belə cavab verib:

"Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər".

Digər xəbərlər