Azərbaycan - Gürcüstan oyunu keçirilməyəcək

Azərbaycan - Gürcüstan oyunu keçirilməyəcək
Futbol
12 Yanvar 2018 - 18:12

Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik olub.

Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.



AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Məlumatı AFFA-nın saytı yayıb.

Digər xəbərlər