"Kəpəz" Bakıda iki yoxlama oyunu keçirəcək

"Kəpəz" Bakıda iki yoxlama oyunu keçirəcək
Futbol
12 Yanvar 2018 - 16:34
Supersport.Az-ın məlumatına görə, yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan "Kəpəz" paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək. Gəncə klubu yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi "Sabah" ilə qarşılaşacaq. Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.

Digər xəbərlər