Messiyə yaraşmayan hərəkət

Messiyə yaraşmayan hərəkət
Futbol
11 Yanvar 2018 - 15:23
Supersport.Az-ın məlumatına görə, "Barselona"da çıxış etdiyi müddətdə qaraciyər xərçənginə tutulan Erik Abidal ulduz oyunçu Lionel Messini tənqid edib.

Fransız futbolçu, klubdan narazılığını bildirib:

"Çox zəif göründüyüm bəzi videolar vardı. Oyunçuların oyun ərəfəsində əhvalını yüksəltmək üçün müsbət görüntü göndərdim. Messi mənə bilirsiniz nə söylədi? "Bir daha belə videolar göndərmə, bizi məyus edir, komandaya ziyan vurur" dedi. Mən belə düşünməmişdim: yaxşı göründüyümü və bunun onlara cəsarət verəcəyini fikirləşdim. Ancaq məni cəsəd kimi gördüklərini bildirdilər".

"Anri məni xəstəxanaya görməyə gələndə uşaq kimi ağladım. Çünki məni belə görməsini istəmirdim. Onun gəlməsinə sevindim" deyən 38 yaşlı Erik Abidal, 2015-ci il ildə futbol karyerasını başa vurub.

Digər xəbərlər