Rusiya - Türkiyə oyunu keçiriləcək

Rusiya - Türkiyə oyunu keçiriləcək
Futbol
10 Yanvar 2018 - 15:33
Supersport.Az-ın məlumatına görə, Türkiyənin futbol yığması Rusiya ilə yoldaşlıq oyunu keçirəcək.

Səfər matçı iyunun 5-də keçiriləcək. Oyunun yeri və saatı sonra açıqlanacaq.

Türkiyə Rusiya vaxtilə 18 dəfə qarşılaşıb.

"Ay ulduzlular" 3 qələbə qazanıb, 14 dəfə məğlub olub, 1 görüş bərabər başa çatıb. Top fərqi 8-32 olub.

Türkiyə 23 martda İrlandiya, 28 mayda İranla yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Digər xəbərlər