Prosineçki "Qarabağ"ın qolkiperini dəvət etdi

Prosineçki "Qarabağ"ın qolkiperini dəvət etdi
Futbol
10 Yanvar 2018 - 09:48

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət olunub.


Hazırda adıçəkilən yığmanı çalışdıran millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şehiçi də siyahıya salıb. Xorvat mütəxəssis ABŞ-da təşkil ediləcək təlim-məşq toplanışı üçün ümumilikdə 28 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 28-də ABŞ, 3 gün sonra isə Meksika yığması ilə qarşılaşacaq.

Digər xəbərlər