"Qarabağ" Antalyada legionerlərsiz məşqə başladı

"Qarabağ" Antalyada legionerlərsiz məşqə başladı
Futbol
10 Yanvar 2018 - 00:11
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışını keçmək üçün Antalyaya yollanıb.

Komanda ötən gün günorta saatlarında IC Santai otelində məskunlaşıb. "Qarabağ"ın legioner üzvləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq. Yerli saatla 18:30-da isə futbolçular 2018-ci ilin ilk məşqinə çıxıb. Hazırlıq baş məşqçi Qurban Qurbanovun futbolçularla toplantısıyla başlayıb. Daha sonra futbolçular yüngül qaçışların ardınca fiziki tapşırıqlarla məşqi yekunlaşdırıb.

 

Digər xəbərlər