UEFA-dan oyun satanlara sərt cəza

UEFA-dan oyun satanlara sərt cəza
Futbol
09 Yanvar 2018 - 17:52
Supersport.Az-ın məlumatına görə, UEFA danışılmış oyunların iştirakçılarını sərt cəzalandırıb.

Söhbət Maltanın 21 yaşlılardan ibarət seçmə komandasının 6 futbolçusundan gedir.

Buna səbəb maltalıların ötən il 23 martda Monteneqro, 29 martda Çexiya ilə qarşılaşmalarda oyun satmasıdır.

UEFA-nın qərarına əsasən, Emanuel Briffa ilə Kili Sezare ömürlük, Samir Arab 2, Rayan Kamenzuli 1,5, Llivelyn Kremona və Luke Montebello 1 il müddətinə futboldan kənarlaşdırılıb.

Digər xəbərlər