"Neftçi" - "Keşlə": vaxt açıqlandı

"Neftçi" - "Keşlə": vaxt açıqlandı
Futbol
09 Yanvar 2018 - 15:55
Supersport.Az-ın məlumatına görə, "Neftçi" ilk yoxlama oyununu yanvarın 14-də "Keşlə"yə qarşı keçirəcək.

İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq qarşılaşma saat 15:00-da başlanacaq.

Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. "Neftçi" yanvarın 25-i Odessa "Çernomorets"i ilə deyil, Sofiya "Slaviya"sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Neftçi" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya", 27-də isə Rusiyanın "Krılya Sovetov" klubları ilə də qarşılaşacaq.

Digər xəbərlər