"Kəpəz"də problem aşkarlanmadı

"Kəpəz"də problem aşkarlanmadı
Futbol
09 Yanvar 2018 - 15:00

Supersport.Az-ın məlumatına görə, "Kəpəz"in əsas komandasının qış fasiləsi başa çatıb.

"Sarı-göylər" Bakıda məşqlərə start veriblər. Ayın 4-ü və 5-i tarixlərində tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların çalışmalara qatılmasına müsbət rəy verilib.

Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Ayın 13-nə kimi komanda məhz burada gündə iki dəfə məşq edəcək. Hazırlıq prosesləri saat 10:30 və 15:30-a təyin olunub. "Kəpəz" yalnız yanvarın 10-da səhər məşqini fitnes zalında keçirəcək.

Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.

 

Digər xəbərlər