Araz AEK-i belə məhv etdi - Video

Araz AEK-i belə məhv etdi - Video
Futbol, Video
08 Yanvar 2018 - 23:40
Supersport.Az-ın məlumatına görə, milli komandanın futbolçusu Araz Abdullayevin Kipr çempionatında AEK-ə qarşı oyunu yerli mətbuatın gündəminə düşüb.

"Anortosis"in 3:1 hesabı ilə qələbə qazandığı oyunda həmvətənimiz 2 məhsuldar ötürmə verib.

Arazın bu matçdakı çıxışını "themasports.com" saytı yüksək qiymətləndirib:

"Araz və Sisse AEK-i məhv etdilər. Abdullayev əla təsir bağışladı. "Anortosis"ə gəlişindən indiyədək ən yaxşı oyununu nümayiş etdirdi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmasına kömək etdi. Araz bununla "Anortosis"ə uyğunlaşdığını sübut etdi".

Digər xəbərlər