"Barselona" Ardanın formasını əlindən aldı

"Barselona" Ardanın formasını əlindən aldı
Futbol
08 Yanvar 2018 - 15:04
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın türk futbolçuyla yolları ayıracağı dəqiqləşmək üzrədir.

Məsələ burasındadır ki, İspaniya klubu Arda Turana məxsus 7 nömrəli formanı yeni transfer Filip Koutinyoya verib.

"Barselona" braziliyalı futbolçunu "Liverpul"dan 160 milyon avroya alıb.

Mağazalarda Koutinyonun adı yazılan 7 nömrəli forma satışa çıxarılıb. Bu addımın "Barselona"nın Ardayla vidalaşacağına işarə olduğu bildirilib.

Digər xəbərlər