“Roma” şok zərbə aldı

“Roma” şok zərbə aldı
Futbol
07 Yanvar 2018 - 00:31
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 20-ci turunda sensasiya baş verib.

”Roma” öz meydanında “Atalanta”ya 1:2 hesabıyla məğlub olub.

Qonaq komanda birinci hissədə Andreas Kornelius və Marten de Roonun qoluyla fasiləyə üstün yollanıb. 45-ci dəqiqədə Marten ikinci sarı, qırmızı vərəqəylə cəzalanaraq komandasını azlıqda qoyub. Ancaq bundan “Roma” lazımınca faydalanmayıb. Edin Dzeko ikinci hissədə fərqi azaltsa da, meydan sahibləri məğlubiyyətdən qaça bilməyib.

Bununla “Roma” ardıcıl 3-cü oyunda qələbəyə həsrət qalıb.

Oyunun başa çatmasına 14 dəqiqə qalmış Cengiz Ündər meydana buraxılıb.

Bu nəticənin ardından “Roma” xalını 39-a, “Atalanta” 30-a çatdırıb.

 

 

Digər xəbərlər