”Qəbələ”də yeni təyinat

”Qəbələ”də yeni təyinat
Futbol
06 Yanvar 2018 - 22:25
Supersport.Az-ın məlumatına görə, “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.
Xatırladaq ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.

Digər xəbərlər