"Qarabağ"ın futbolçusunun gülməli əhvalatı "Qəbələ"ni qəzəbləndirdi - Video

"Qarabağ"ın futbolçusunun gülməli əhvalatı "Qəbələ"ni qəzəbləndirdi - Video
Futbol, Video
04 Yanvar 2018 - 21:55
Supersport.Az-ın məlumatına görə, "Qəbələ" klubu "Qarabağ"ın futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.

Məsələ burasındadır ki, gənc hücumçu 31.12.2017-ci il tarixində "CBC Sport" telekanalının efirində "Qış nağılı" verilişində formata uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi "Qəbələ"nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib.

"Qəbələ" klubu isə etirazla dolu bəyanat yayıb:

"Qəbələ" İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir".

"Qəbələ" klubu "Qarabağ"dan futbolçusunu cəzalandırmasını istəyib:

"Qarabağ"ın gənc futbolçusu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ" İK və Roman Qriqorçukdan üzr istəməsini gözləyirik".


 

 

Digər xəbərlər