Ansi Aqolli: "Təkcə bununla iş bitmir" - Video

Ansi Aqolli: "Təkcə bununla iş bitmir" - Video
Futbol, Video
05 Yanvar 2018 - 01:04
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsində verdiyi açıqlamada yenidən çempion olmaq istədiyini bildirib.

"Bu mövsüm də Azərbaycan çempionatını birinci pillədə başa vurmaq bizim üçün əsas məqsəddir. Amma təkcə bununla iş bitmir. Avrokuboklarda da layiqli çıxış etməliyik. "Qarabağ"la bağlı daha bir istəyim, yenidən Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdır".

Aqolli Albaniya millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da toxunub:

"Dünya çempionatının seçmə mərhələsi bizim üçün çətin keçdi. Bu da qrupda iki güclü rəqib – İspaniya və İtaliyanın olması ilə bağlı idi. Amma bir qədər bəxtimiz gətirsə və qətiyyətli olsaq, Avro-2020-nin final mərhələsinə yüksələ bilərik".

35 yaşlı futbolçu fasilə dövründə Albaniya fərdi məşqlər etdiyini deyib ("TV Klan").

Digər xəbərlər