"Beşiktaş"ın yeni transferi İstanbulda

"Beşiktaş"ın yeni transferi İstanbulda
Futbol
03 Yanvar 2018 - 00:40
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın razılaşdığı stoper Domaqoy Vida İstanbula gəlib.

Türkiyə çempionunun azarkeşləri 28 yaşlı xorvat futbolçunu hava limanında sevgiylə qarşılayıb.

"Beşiktaş" 5 mövsümdür Ukraynanın "Dinamo" Kiyev klubunda çıxış etmiş Vidanı pul ödəmədən heyətinə cəlb edib.

Xorvatiya yığmasının da formasını geyən müdafiəçi ilə 4.5 il müqavilə imzalanacağı gözlənilir.

Digər xəbərlər