"Atletiko"nun qadağası bitdi, iki futbolçu gətirdi

"Atletiko"nun qadağası bitdi, iki futbolçu gətirdi
Futbol
01 Yanvar 2018 - 00:31
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Qarabağ"ın xal qopardığı "Atletiko"ya tətbiq olunan FİFA-nın transfer qadağası başa çatıb.

İspaniya klubu yeni transferlərindən Dieqo Kosta və Vickor Maçinlə əvvəlcə razılığa gəlsə də, məlum məhdudiyyətə əsasən hər iki futbolçu komandadan kənarda qalmışdı.

D.Kosta açıqlamasında "Məni qaytarmaq üçün böyük güc sərf edən klubuma ürəkdən təşəkkür edirəm" deyib.

Vitolo isə "Avropanın ən yaxşı klublarından biri olan "Atletiko"ya keçdiyim üçün qürur hissi keçirirəm" fikrini bildirib.

İspan klubunda 18 nömrəli formanı seçən Dieqo Costa, 2010-2011 və 2012-2014-cü illərdə də "Atletiko"da çıxış edib. Vitolo isə 23 nömrəli forma geyəcək.

Digər xəbərlər