Joze Maurinyo: "300 milyon transfer büdcəsi azdır"

Joze Maurinyo: "300 milyon transfer büdcəsi azdır"
Futbol
30 Dekabr 2017 - 15:38
Supersport.Az-ın məlumatına görə, "Mançester Yuneyted"in baş məşqçisi Joze Maurinyo transfer büdcəsinin kifayət etmədiyini bildirib. Klub futbolçu alınmasına 300 milyon funt sterlinq xərcləyib.

"Mançester Siti"dən 12 xal geri qalan "Mançester Yunayted"in 54 yaşlı portuqaliyalı çalışdırıcısı, əsas rəqiblərini üstələmək üçün daha çox büdcə ayrılmasının vacibliyini qeyd edib.

"Mançester Siti" müdafiəçi üçün hücumçu pulu xərcləyir. Böyük klublar tarixləri səbəbindən transferdə cəzalandırılır. Böyük klubla böyük futbol komandası fərqlidir".

"Mançester Siti", bu yay 120 milyon funt sterlinqə müdafiəçiləri heyətinə cəlb edib və iki mövsüm transferə ümumilikdə 400 milyon xərcləyib.

Maurinyonun başçılığında UEFA Avropa Liqası, Liqa Kuboku və "Community Shield" muzeyinə aparan "Mançester Yunayted" isə keçidlərinə 165 milyon sterlinq ödədiyi Paul Poqba və Romelu Lukakunun aralarında yer aldığı 7 futbolçu üçün 286 milyon ödənilib.

 

Digər xəbərlər