Supersport.Az-ın əldə etdiyi xəbərə görə, “Qarabağ”ın hücumçusu Mahir Mədətovun “Beşiktaş”a transfer olunması məsələsinə yaxın vaxtlarda aydınlıq gələcək.
Məlumatlı mənbə bildirib ki, 20 yaşlı futbolçunun karyerasını Türkiyədə davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar gələn il yanvarın ilk 10 günündə verilə bilər. Çempionlar Liqasının qrupunun “Qarabağ” – “Çelsi” oyununu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş canlı izləmişdi.
2015-ci ildən “Qarabağ”da çıxış edən Mahir Mədətov, iki dəfə Azərbaycan Premyer Liqasının, ikiqat ölkə kubokunun qalibi olub, U-23 yığmamızın İslamiadanın çempionu olmasında böyük rol oynayıb.
Aşağı yaş qruplarında oynayarkən “Bakı”nın yetirməsi, “Atletiko” və “Lans” klubları ilə əməkdaşlıqları çərçivəsində bu komandaların akademiyasında olaraq məşqlərdə iştirak edib.