Pedronun "Qarabağ"la bağlı taleyinə aydınlıq gəldi

Pedronun "Qarabağ"la bağlı taleyinə aydınlıq gəldi
Futbol
29 Dekabr 2017 - 18:14
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike mövsümün sonuna kimi Azərbaycan klubunda qalacaq.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Saloniki təmsilçisinin Pedronu qışda geri qaytaracağı xəbərləri dolaşsa da, bu öz təsdiqini tapmayıb. Braziliyalı futbolçu müqaviləsinin sonuna qədər "Qarabağ"da qalacaq.

Qeyd edək ki, "Qarabağ" 27 yaşlı futbolçunu mövsümün əvvəlində 1 illik icarəyə götürüb.

Digər xəbərlər