Dünyanın ən bahalı müdafiəçi transferi - 84,5 milyon avro

Dünyanın ən bahalı müdafiəçi transferi -  84,5 milyon avro
Futbol
28 Dekabr 2017 - 19:53
Supersport.Az-ın xəbərinə görə, "Sauthempton"un niderlandlı müdafiəçisi Vircil Van Deyk karyerasını "Liverpul"da davam etdirəcək.

Klublar oyunçunun yanvarın 1-dən açılan qış "transfer pəncərəsi" müddətində keçidinə dair razılığa gəliblər.

"Liverpul"un 26 yaşlı Van Deykə görə 84,5 milyon avro ödədiyi bildirilir. Beləliklə, Van Deyk futbol tarixində ən bahalı müdafiəçi və niderlandlı futbolçu olub.

"Sauthempton" klubu Van Deykin Kayl Uolker və Bencamen Mendinin rekordunu yenilədiyini təsdiq edib.

Qeyd edək ki, "Mançester Siti" adıçəkilən müdafiəçilərin hər biri üçün 60 milyon avro ödəyib.

Digər xəbərlər