Əfsanəvi futbolçu ölkə prezidenti seçildi

Əfsanəvi futbolçu ölkə prezidenti seçildi
Futbol
28 Dekabr 2017 - 11:03
“Çelsi”, “Mançester Siti” və “Milan”ın sabiq oyunçusu, 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu olan Corc Vea Liberiya Respublikasının prezidenti seçilib.

Supersport.Az xəbər verir ki, o, ikinci turda 51 yaşlı siyasətçi əsas rəqibi Cozef Bokanı qabaqlayıb.

Vea ilk dəfə 2005-ci ildə prezident seçkilərində iştirak etsə də, ikincu turda 40 faiz səs toplayaraq Elen Conson-Serlifə uduzmuşdu.

Xatırladaq ki, Vea 1989, 1994 və 1995-ci ildə Afrika qitəsinin də ən güclü futbolçusu olub.

Digər xəbərlər