Messi: "Real"ı məğlub etmək vacibdir"

Messi: "Real"ı məğlub etmək vacibdir"
Futbol
19 Dekabr 2017 - 00:28
Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının 17-ci turunda "Real Madrid"in qonağı olacaq "Barselona"nın ulduz futbolçusu Lionel Messi iddialı açıqlama verib.

"Bu oyunda qələbə mühümdür. "Bernabeu"da qalib gəlib üstünlüyü artırmalıyıq. Hazırda rəqib ikinci pillədə getmir. "Real"ın meydanında oynamağa həmişə xüsusi yanaşma olur. Qələbə qazanıb istirahətə yüksək əhval-ruhiyyədə getməliyik"- deyə, argentinalı futolçu "Marca"ya bildirib.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu 23 dekabrda keçiriləcək. Kataloniya klubu 42 xalla liderdir. Madrid təmsilçisi 31 xalla 4-cüdür.

Digər xəbərlər