Rəşad Sadıqov, Taffarel, Tuxel “Mançester Siti”nin düşərgəsində - Fotolar

Rəşad Sadıqov, Taffarel, Tuxel “Mançester Siti”nin düşərgəsində - Fotolar
Futbol, Foto
18 Dekabr 2017 - 20:02
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın U-21 milli komandasının baş məşqçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Roma"dan sonra "Mançester Siti" klubunun da bazasını ziyarət edib.

O, "şəhərlilər"in düşərgəsində 2 günlük səfərdə olub. Rəşad Sadıqov bu müddət ərzində klubun strukturu ilə tanış olmaqla yanaşı, komandanın "Tottenhem"ə qarşı matçını və məşqini canlı izləyib. Sadıqov MS-nin futbolçuları Kevin De Bruyne və Serxio Aqueroyla da görüşüb.

Məşqi izləyənlər arasında "Borussiya" (Dortmund) komandasının keçmiş baş məşqçisi Tomas Tuxel və Braziliya millisinin qapıçılar üzrə məşqçisi Taffarel də olub.

Digər xəbərlər