"Qalatasaray" Tudoru qovdu

"Qalatasaray" Tudoru qovdu
Futbol
18 Dekabr 2017 - 17:12
"Qalatasaray" baş məşqçisi İqor Tudoru istefaya göndərib.

Supersport.Az-ın xəbərinə görə, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi Tudorla yolların ayrılması barədə qərar verib.

"Qalatasaray" xorvat məşqçi ilə müqaviləni vaxtından əvvəl ləğv etdiyindən ona 400 min avro məbləğində təzminat ödəyəcək.

Bu ilin 15 fevralında kluba gələn Tudorla komanda 33 oyunda 18 qələbə qazanıb, 11 oyunda məğlub olub, 4 matçda heç-heçə edərək 58 xal toplayıb. Top fərqi 64-45 olub.

"Qalatasaray" Tudor dönəmində əsas rəqibləri ilə 6 qarşılaşmada 5 məğlubiyyət alıb, 1 heç-heçə edib.

"Qalatasaray" 0-1 "Beşiktaş"
"Trabzonspor" 2-0 "Qalatasaray"
"Qalatasaray" 0-1 "Fenerbahçe"
"Qalatasaray" 0-0 "Fenerbahçe"
"Trabzonspor" 2-1 "Qalatasaray"
"Beşiktaş" 3-0 "Qalatasaray"

Digər xəbərlər