Qurban Qurbanov "Çelsi"nin bazasında - Eksklüziv

Qurban Qurbanov "Çelsi"nin bazasında - Eksklüziv
Futbol, Eksklüziv
18 Dekabr 2017 - 15:03
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov İngiltərə paytaxtı Londona yollanıb.

Bu xəbəri müxbirimizlə söhbətində klubun direktoru direktoru Əmrah Çəlikəl təsdiq edib.

Mütəxəssis Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Çelsi"nin düşərgəsində təcrübəsini artıracaq.

Q.Qurbanov, bir müddət əvvəl İngiltərə çempionunu seçməsinin səbəbini belə izah etmişdi:

"Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim".

 

Digər xəbərlər