"Real Madrid"dən Neymar üçün fantastik məbləğ

"Real Madrid"dən Neymar üçün fantastik məbləğ
Futbol
17 Dekabr 2017 - 19:23
Supersport.Az-ın məlumatına görə, PSJ-nin yeni transferi Neymar "Real Madrid"in diqqət mərkəzinədir.

Fransa klubunun 222 milyon avroya aldığı braziliyalı futbolçu üçün Madrid təmsilçisi 250 milyon təklif edib.

İspaniyanın "Diario Gol" saytı "Real"ın prezidenti Florentino Peresin Neymarın atasıyla görüşdüyü haqda xəbər yayıb. Klub rəhbəri 250 milyon avro verməyə hazır olduğunu bildirib.

Məlumatda Neymarın "Real"a getməsi üçün PSJ prezidenti Nasser Əl-Xalaifiyə hərtərəfli təsir göstərəcəyinə söz verdiyi qeyd olunub.

Digər xəbərlər