"Roma" son dəqiqədə sevindi - Video

"Roma" son dəqiqədə sevindi - Video
Futbol, Video
17 Dekabr 2017 - 16:40
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 17-ci turunda "Roma" "Kalyari"ni çətin məğlub edib.

Olimpiya stadionunda keçirilən qarşılaşmanın 52-ci dəqiqəsində Dieqo Perotti penalti zərbəsini qaçırıb. Türk futbolçu Cengiz Ündər oyunun son üç dəqiqəsində meydana buraxılıb. "Roma"ya qələbə qazandıran qolu  90+5-də Federiko Fasio vurub.


Bu nəticəylə "Roma" xalını 38-ə artırıb. "Klayari" 17 xalda qalıb.

Çempionatda bir oyun az keçirən "Roma" gələn həftə səfərdə "Yuventus"un qonağı olacaq. "Kalyari" isə "Fiorentina"nı qəbul edəcək.

Qeyd edək ki, "A" seriyasında 17 oyun keçirən "Napoli" (42 xal) birinci, "İnter" (40 xal) ikincidir. Sonrakı iki yeri 16 matçdan 38 xal toplayan "Yuventus"la "Roma" bölüşdürür.

Digər xəbərlər