Dünyanın ən zəngin idmançılarının adları açıqlandı

Dünyanın ən zəngin idmançılarının adları açıqlandı
Digər
16 Dekabr 2017 - 11:17
"Forbes" nəşri dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.

Supersport.Az-ın xəbərinə görə, amerikalı basketbolçu Maykl Cordan dünyada bütün dövrlərin ən varlı idmançısı adını qazanıb.

Basketbolçu karyerası ərzində 1,85 milyard dollar qazanıb. İlk üçlüyə həmçinin qolfçular Tayqer Vuds (1,7 milyard) və Arnold Palmerin (1,4 milyard) adları daxil edilib.

Siyahıda dördüncü yerdə qolfçu Cek Niklaus (1,2 milyard), beşinci “Formula-1” pilotu (1 milyard), altıncı isə qolfçu Fil Mikelson (815 milyon).

Futbolçular arasında ən zəngin İngiltərə yığmasının sabiq oyunçusu Devid Bekhem olub. O karyerası ərzində 800 milyon dollar qazanıb.

Portuqaliyalı Kriştiano Ronaldo 12-ci (725 milyon), argentinalı Lionel Messi isə 16-cı (600 milyon) pillədə qərarlaşıb. (oxu.az)

Digər xəbərlər