"Zirə"nin qış hazırlıq planı bəlli olub

"Zirə"nin qış hazırlıq planı bəlli olub
Futbol
15 Dekabr 2017 - 18:19
"Zirə"nin qış hazırlıq planı bəlli olub.

Supersport.Az xəbər verir ki, "Neftçi" ilə matçdan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək.
Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. "Qartallar" ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
Yanvarın 21-də Türkiyəyə yollanacaq komandamız hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komandamız burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub. “Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Digər xəbərlər