"Qəbələ" və "Sumqayıt" yarımfinalda

"Qəbələ" və "Sumqayıt" yarımfinalda
Futbol
15 Dekabr 2017 - 21:00
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Supersport.Az-ın xəbərinə görə, keçiriləcək iki oyunla bütün yarımfinalçılar məlum olacaq.

İlk matç "Bayıl Arena" da baş tutub. "Səbail" "Qəbələ" ilə üz-üzə gəlib. Matç ikincilərin inamlı qələbəsi ilə başa çatıb.

Digər matçda "Sumqayıt" doğma meydanda "Qarabağ"ı sınağa çəkib. Matç "Sumqayıt"ın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalın iki iştirakçısı bəllidir. Bunlar "Keşlə" və "Neftçi"dir.

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ” 2-4 

Qollar: Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22, Ruslan Qurbanov, 44, Famussa Kone, 56, Baqali Dabo, 75


İlk oyun - 0:1
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ” 2-0

Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90


İlk oyun - 1:2
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

14 dekabr (cümə axşamı)

"Neftçi” – “Zirə” - 2:0
İlk oyun - 0:1

“Kəpəz” – “Keşlə” - 2:3
İlk oyun - 0:2


 Yarımfinal cütlükləri

"Keşlə" /  “Sumqayıt” – “Qarabağ”

“Neftçi” / “Qəbələ”

Digər xəbərlər