Qurban Qurbanov mükafatlandırılması - Şəkillər

Qurban Qurbanov mükafatlandırılması - Şəkillər
Futbol, Foto
09 Dekabr 2017 - 15:00
Bu gün Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. 

Supersport.Az-ın xəbərinə görə, tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin, çox sayda media nümayəndəsi iştirak edib.

"Qarabağ" və millimizin çalışdırıcısına mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.

Digər xəbərlər