Avro-2020: A qrupunun oyunları Bakıda

Avro-2020: A qrupunun oyunları Bakıda
Futbol
08 Dekabr 2017 - 01:43
Supersport.Az-ın məlumatına görə, 2020-ci il Avropa çempionatının açılış oyunu İtaliya paytaxtı Romadakı Olimpiya stadionunda keçiriləcək.

A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək.

Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.

Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsi göstərilib. Əvəzində qrup oyunlarını Londondakı "Uembli" stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.

Çempionat 2020-ci ilin iyul-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının Azərbaycan paytaxtındakı oyunları Bakı Olimpiya Stadionunda olacaq.

Avro-2020-nin qrup oyunlarının keçiriləcəyi şəhərlər:

A qrupu: Roma (İtaliya), Bakı (Azərbaycan)

B qrupu: Amsterdam (Niderland), Budapeşt (Macarıstan)

C qrupu: Sankt-Petersburq (Rusiya), Kopenhagen (Danimarka)

D qrupu: London (İngiltərə), Qlazqo (Şotlandiya)

E qrupu: Bilbao (İspaniya), Dublin (İrlandiya)

F qrupu: Münxen (Almaniya), Buxarest (Rumıniya)

Digər xəbərlər