"Qızıl top"un 5-ci dəfə sahibi - Ronaldo

"Qızıl top"un 5-ci dəfə sahibi - Ronaldo
Futbol
08 Dekabr 2017 - 01:12
Supersport.Az-ın məlumatına görə, ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top"un qalibinin adına aydınlıq gəlib.

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo 5-ci dəfə bu mükafata sahib çıxıb (2008, 2013, 2014 , 2016, 2017).
Səsvermə nəticəsinə əsasən ilk üç yerdə bu futbolçular qərarlaşıb: Ronaldo (946 xal), Messi (670), Neymar (361). third.
Portuqaliyalı oyunçu bu uğurdan sonra "Barselona"nın aparıcı üzvü Lionel Messiyə çatıb. Argentinalı futbolçu 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə "Qızıl top"u qazanıb. 

Digər xəbərlər