Ronaldo ÇL-in tarixinə düşdü

Ronaldo ÇL-in tarixinə düşdü
Futbol
07 Dekabr 2017 - 01:55
Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real Madrid”in futbolçusu Kristiano Ronaldo tarixə düşüb.

Supersport.Az xəbər verir ki, portuqaliyalı hücumçu bunu matçda “kral klubu”nun ikinci qolunu vurmaqla bacarıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldo bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub.

Digər xəbərlər