Kamran Ağayev klubsuz qaldı

Kamran Ağayev klubsuz qaldı
Futbol
06 Dekabr 2017 - 13:51
Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Supersport.Az-ın məlumatına görə, bu barədə Çexiya mətbuatı xəbər yayıb.

Bildirilir ki,  35 yaşlı qolkiper baş məşqçinin istəyi ilə komandadan göndərilib. İstənilən oyunu sərgiləməyən Ağayevin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Kamran bu ilin iyul ayından "Mlada Boleslav"da çıxış edirdi.

Digər xəbərlər