"Qarabağ" uduzdu

"Qarabağ" uduzdu
Futbol
06 Dekabr 2017 - 01:39
Çempionlar Liqasının qrup mərhələsində son turun görüşlərinə start verilib.

Supersport.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” səfərdə “Roma” ilə üz-üzə gəlib.

Bu oyunun qrupda mövqe baxımından Azərbaycan klubu üçün heç bir əhəmiyyət daşımırdı. Belə ki, Qurban Qurbanovun yetirmələri İtaliya paytaxtından 3 xalla qayıdacağı təqdirdə belə son sıradan xilas olmayacaqdı. Lakin ölkə futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin iştirakçısı olan "Qarabağ" üçün burda keçirdiyi hər bir oyun tarixi əhəmiyyətə malik idi. Bu səbəbdən Azərbaycan təmsilçisi heyətdəki itkilərə baxmayaraq, səfərdən xalla qayıtmaq üçün var qüvvəsini sərf etsə də, istəyi alınmayıb.

Bu matçda "Roma" 1/8 finala vəsiqəni təmin etmək üçün “Qarabağ”ı məğlub edərək məqsədini reallaşdırıb.

Bu komandalar arasında Bakıda keçirilmiş oyun “Roma”nın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Çempionlar Liqası, C qrupu

5 dekabr

23:45 Roma (İtaliya) - Qarabağ (Azərbaycan) 1:0 

Hakimlər: Tobias Stieler, Mayk Pikel, Yan Seydel, Kristian Gittelmann
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers (hamısı Almaniya)
Roma. Olimpiya stadionu

Roma: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

Digər xəbərlər