"Roma" - "Qarabağ": hakimlər müəyyənləşdi

"Roma" - "Qarabağ": hakimlər müəyyənləşdi
Futbol
03 Dekabr 2017 - 16:05
Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Roma” – “Qarabağ” oyununun hakimləri bəlli olub.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı almaniyalı hakimlər briqadası idarə edəcəklər.

Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaq.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək “Roma” – “Qarabağ” oyunu saat 23:45-də start götürəcək.

Digər xəbərlər