Məşhur pilot Qurban Qurbanova hədiyyə verdi - Foto

Məşhur pilot Qurban Qurbanova hədiyyə verdi - Foto
Futbol, Foto
30 Noyabr 2017 - 00:01
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın dünən axşam məşqində sürpriz qonaq iştirak edib.

"F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkiardo komandanın qonağı olub. "Qarabağ"la kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adıyazılan forma hədiyyə olunub. Rikkiardo isə daha sonra özünəməxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib. Daha sonra futbolçularla söhbət edən Rikkiardo bir neçə dəqiqə komandayla birlikdə məşqdə də iştirak edib.

Digər xəbərlər