Prosineçki özünə iş tapdı

Prosineçki özünə iş tapdı
Futbol
24 Noyabr 2017 - 22:12


Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

49 yaşlı mütəxəssis Bosniya və Herseqovina seçmə komandasını çalışdıracaq. DÇ-2018-ə yollanmaq hədəfinə çata bilməyən bosniyalılar Mehmed Bazdareviçi istefaya göndəriblər.

Bu vəzifəyə namizəd göstərilən Prosineçki, Türkiyə mətbuatına verdiyi açıqlamada xəbəri təsdiq edib:

"Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmiləri ilə görüşməkdən məmnun olacağam. Gələn həftə müəyyən müzakirələr aparacağıq. Demək olar ki, anlaşmamız üçün heç bir əngəl qalmayıb".




Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alır.


Digər xəbərlər