Messi 4-cü dəfə "Qızıl buts"a sahib çıxdı

Messi 4-cü dəfə "Qızıl buts"a sahib çıxdı
Futbol
24 Noyabr 2017 - 21:52
Supersport.Az-ın məlumatına görə, Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messiyə "Qızıl buts" mükafatı verilib.

Mükafatı ona komanda yoldaşı Luis Suares təqdim edib. Ötən mövsüm İspaniya La Liqasında 37 qol vuraraq zirvəyə yüksələn Messinin mükafatlandırılma mərasimi Barselona şəhərində keçirilib.

Qeyd edək ki, "Qızıl buts" mükafatı hər il "European Sports Media" və "Marca" qəzetinin təsisçiliyi ilə verilir. Messi 4-cü dəfə bu mükafata sahib çıxıb.

Digər xəbərlər