"Roma" - "Qarabağ" oyunu bilet satışı başlayır

"Roma" - "Qarabağ" oyunu bilet satışı başlayır
Futbol
23 Noyabr 2017 - 21:15
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Roma" ilə səfər matçını stadiondan izləmək istəyənlər sabahdan etibarən oyunun biletlərini ala bilərlər.

Supersport.Az-ın məlumatına görə, bu barədə xəbəri Ağdam klubunun rəsmi saytı yayıb.

Biletləri klubun bazasından əldə etmək mümkündür (həftə içi hər gün, saat 10:00-dan saat 18:00-a qədər). Biletləri almaq üçün xarici pasport tələb olunur.

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün: (055) 400-49-18

Qeyd edək ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 40 avrodur.

Digər xəbərlər