Rəşad Sadıqov: "Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum" - Video

Rəşad Sadıqov: "Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum" - Video
Futbol, Video
23 Noyabr 2017 - 16:03
Supersport.Az Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyunda dörd qol buraxaraq məğlub olan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun açıqlamasını təqdim edir.

Hakim tərəfindən meydandan kənarlaşdırılan təcrübəli futbolçu referilərdən şikayətlənib:

"Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizod yada sala bilərik. Komandamız onsuz da 10 nəfərlə qalıb, 0:2 hesabı ilə uduzur. Belə bir vaxtda penalti verirlər? Mən son 10-15 ildə belə penalti görməmişəm. İki oyunçu da ayaq üstə olsun, top uğrunda mübarizə aparsın, referi isə bunu penalti kimi dəyərləndirsin... Buna necə şərh verməli olduğumu bilmirəm".

Kapitan İtaliyada "Roma" ilə son oyunun ağır keçəcəyini bildirib:

"Çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, burda yaxşı nəticə əldə edək, hətta qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum. Komandamız "Roma" ilə oyuna da ciddi hazırlaşacaq və əlindən gələnin ən yaxşısını etməyə çalışacaq".

Digər xəbərlər