Azərbaycan Ermənistanla Gürcüstandan geridə

Azərbaycan Ermənistanla Gürcüstandan geridə
Futbol
23 Noyabr 2017 - 15:02
FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi  ötən ayla müqayisədə 2 pillə geriləyib. Hesabat dövründə heç bir oyun keçirməyən yığma xal hesabını 273-də 281-ə artırsa da, 115-ci pillədən 117-ci pilləyə düşüb. Ermənistan 383 xalla 90-cı, Farer adaları 364 xalla 95-ci yerdə qalıb. Gürcüstan (322 xal) üç pillə irəliləyərək 104-cüdür.

Qeyd edək ki, yeni reytinqdə Almaniya (1602) 1-ci, Braziliya 2-ci (1483 xal), Portuqaliya isə 3-cüdür (1358).

Digər xəbərlər