Mahir Mədətov: "Çox ağır qərar oldu"

Mahir Mədətov: "Çox ağır qərar oldu"
Futbol
23 Noyabr 2017 - 12:44
“Qarabağ”ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Supersport.Az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
- Hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Oyuna yaxşı başlamışdıq, amma sonra hər şey dəyişdi.

- Yenə Çempionlar Liqasının oyunu, yenə qırmızı vərəqə. Rəşad fasilədə epizodla bağlı nəsə dedi?

- Penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Əgər penalti var idisə də, hakim qırmızı vərəqə göstərməməliydi. Çox ağır qərar oldu.

- Bəs ikinci hissədə nə baş verdi? Yorğun idiniz?

- “Çelsi” kimi komandaya qarşı oynamaq asan deyil. Ola bilər ki, müəyyən dəqiqədən sonra komandada yorğunluq yarandı.

- Qurban Qurbanov birinci penaltidən sonra oyunçuları yanına çağırdı. Bir anlıq düşündük ki, komandanı meydandan çıxarmaq istəyir. Həmin vaxt nə dedi sizə?

- Meydanda 10 nəfərlə qaldığımızdan bizə motivasiya verməyə çağırmışdı. Diqqətli olmağımızı tapşırdı. Bizi kənara çağırması sırf bununla bağlı idi

Digər xəbərlər