Bakıda FİFA-nın sammiti keçirildi - Şəkillər

Bakıda FİFA-nın sammiti keçirildi - Şəkillər
Futbol, Foto
22 Noyabr 2017 - 12:14
Bakıda FİFA İcraedici Futbol Sammiti keçirilib.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub.

Digər xəbərlər