Olimpiya Stadionundan azarkeşlərə müraciət - Foto

Olimpiya Stadionundan azarkeşlərə müraciət - Foto
Futbol, Foto
21 Noyabr 2017 - 13:52
Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ” və "Çelsi” arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

Supersport.Az-ın məlumatına görə, BOS-un rəsmi "Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq. Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

Digər xəbərlər