Antonio Konte: "Yaddan çıxarmayaq ki, "Qarabağ" "Atletiko"yla oyunlarda xal qazanıb"

Antonio Konte: "Yaddan çıxarmayaq ki, "Qarabağ" "Atletiko"yla oyunlarda xal qazanıb"
Futbol
21 Noyabr 2017 - 00:17
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Çelsi"nin baş məşqçisi Antonio Konte açıqlama verib.

Qarşılaşmanın mövsümün ən vacibi oyunu olduğunu deyən mütəxəssis bildirib ki, görüş çətin keçəcək:

"Mövsümün vacib matçında "Qarabağ"ı məğlub etsək, Çempionlar Liqasında qrup səddini aşacağıq. Buna görə mühüm oyundur. Əlbəttə ki, görüş asan olmayacaq. Yaddan çıxarmayaq ki, "Qarabağ" "Roma"ya uduzsa da, "Atletiko" ilə hər iki oyunda xal qazanıb. Mən həmişə düz danışmağı xoşlayıram. Komandamız "Roma" ilə istənilən səviyyədə, əzmkar oynaya bilmədi və nəticədə meydandan məğlub ayrıldı. Mövsümün əvvəli problemlər olur. İndi çatışmazlıqları aradan qaldırmağa çalışırıq".

Digər xəbərlər